
Riyaziyyatı sevə bilməmək və riyaziyyatı başa düşməkdə çətinlik yaşamaq uşaqların məktəb həyatlarında tez-tez qarşılaşılan problemlərdən biridir. Bu hər nə qədər valideynləri narahat etsə də, əslində həll edilməyəcək bir məsələ deyil. Uşaqların riyaziyyata qarşı olan "sıxıcı fənn" baxışını dəyişdirmək və onların riyaziyyatla aralarının daha yaxşı olması üçün proqramlaşdırma dərsləri onlara kömək edə bilər. Kod yazmaq uşaqlara riyaziyyatda necə kömək edir:
- Riyaziyyata qarşı sevgi yaradır.
Kod yazmaq uşaqlar üçün riyazi anlayışları öyrənməyi daha əyləncəli və cəlbedici hala gətirərək onlarda riyaziyyata qarşı sevgi yaradır. - Məntiqi düşüncə tərzi formalaşdırır.
Kod yazmaq uşaqlara məntiqi düşüncə tərzi formalaşdırmağa və problem həll etmə bacarıqlarını inkişaf etdirməyə səbəb olduğu üçün bu uşaqların riyaziyyatda da daha yaxşı olmasına imkan yaradır. - Riyaziyyatı real dünyaya tətbiq etməyi öyrədir.
Proqramlaşdırmanı öyrənməklə uşaqlar real dünyada riyaziyyatın necə işlədiyini görə bilirlər ki, bu da onlar üçün mövzunu daha maraqlı və cəlbedici edir.