Blog

Kod yazmaq hansı uşaqlar üçün daha maraqlıdır?

Övladınız üçün pulsuz faydalı məlumatlar:

Kod yazmaq hansı uşaqlar üçün daha maraqlıdır?

Proqramlaşdırma hər nə qədər uşaqlara faydalı olsa da, onların hər birinin maraq dairəsinə uymaya, dərslərdən tez sıxılmasına səbəb ola bilər. Bəs hansı uşaqlar kod yazmağa qarşı daha maraqlı və həvəsli olurlar?

  1. Tapmacalı oyunları sevənlər
    Əşyalar arasındakı məntiqi uyğunluğu tapıb, ardıcıllığı tamamlamağı sevən uşaqlar proqramlaşdırma dərslərinə qarşı da eyni sevgini göstərə bilərlər. Kod yazmaq da eynilə uşaqların sevdiyi tapmacalı oyunların həll edilmə prosesinə bənzəyir.
  2. Texnoloji cihazlara qarşı xüsusi marağı olanlar
    Yeni cihazlara, elektronik alətlərə qarşı hər zaman maraqlı olanlar və onların necə işlədiyini düşünüb tapmağa çalışan uşaqlar üçün proqramlaşdırma ideal sayıla bilər. Proqramlaşdırmanı öyrənmək məhz bu texnologiyanın arxasında duran bəzi elementləri öyrənməyə və onları daha yaxşı başa düşməyə kömək edəcək.
  3. Yeni alətlər yaratmağı və qurmağı sevənlər
    Uşaq yaşlarından yaradıcı fəaliyyətlərə meyilli olan uşaqlar üçün istənilən sahədə nəyisə yaratmaq olduqca cəlbedici olacaq. Proqramlaşdırma sahəsi onlara bu yaradıcılıqlarını göstərmək üçün sonsuz seçim təklif etdiyi üçün uşaqlar üçün yaxşı seçim ola bilər.
  4. Problem həll etmə bacarığı və məntiqi düşünmə tərzi olanlar
    Övladınız maneələr və problemlərlə qarşılaşdığında onlardan qaçmaq yerinə onları həll etməyə çalışırsa, onlar proqramlaşdırma dərslərində çox rahat uğur qazana biləcəklər.
  5. Video-oyunları sevən və onların necə işlədiyini öyrənmək istəyənlər
    Uşağınızın komputer qarşısında saatlarla videooyun oynaması sizi narahat edirsə, onda onu proqramlaşdırma dərslərinə gətirməyi düşünə bilərsiniz. Bu cür uşaqlar kod yazmağı da bir növ oyun olaraq görür və öz oynadıqları oyunlarla əlaqə qura bilirlər.

Əgər övladınız bu kateqoriyalardan hərhansı birinə aiddirsə, onda kod yazmağı öyrənmək həm onun daha yaxşı vaxt keçirməsinə, həm də uğurlu gələcək üçün ilk addımlarını atmasına səbəb olacaq.

Tərəfdaşlar

Usaqlar ucun proqramlasdirma kursu
Usaqlar ucun proqramlasdirma kursu
Usaqlar ucun proqramlasdirma kursu
Usaqlar ucun proqramlasdirma kursu
Usaqlar ucun proqramlasdirma kursu
Usaqlar ucun proqramlasdirma kursu