
Valideynləri ən çox narahat edən mövzulardan biri də proqramlaşdırma kurslarına yazılan uşaqların məktəbdəki dərslərinə qarşı necə reaksiya verəcəyidir. Bu mövzuda sizə kömək olmaq üçün bu yazıda bəzi məqamları sizin diqqətinizə çatdırırıq.
Daha yaxşı nəticə göstərəcəklər.
Kod yazmağı öyrənmək uşaqların məntiqi düşüncə tərzini, problem həll etmə bacarıqlarını, yaradıcılıqlarını inkişaf etdirir. Bu isə həmin uşaqların öz dərslərində yaşıdlarından daha üstün olmalarına, mövzuları daha tez və daha rahat qavramaqlarına imkan yaradır.
Öyrənmək motivasiyaları artacaq.
Proqramlaşdırma dərsləri oyun əsaslı və interaktiv dərslər ilə keçirildiyindən uşaqlar kod yazmağı əyləncəli bir fəaliyyət hesab edirlər. Bu da onların məktəb dərslərinə qarşı olan düşüncələrinin də dəyişməsinə və dərslərə qarşı daha motivasiyalı və həvəsli olmasına səbəb yaradır.
Sosial bacarıqları inkişaf edəcək.
Komanda şəklində işləmək uşaqların sosiallaşmasına kömək olduğu üçün onlar məktəbdə sinifyoldaşları ilə daha rahat əlaqə qura və birlikdə dərs edə biləcəklər. Bu isə uşaqların gələcək həyatında da daim fəal və cəsarətli olmasına səbəb olacaq.
Xəyal gücləri və yaradıcılıqları daha geniş olacaq.
Kod yazmaq uşaqlara öz yaradıcılıqlarını ifadə etmək imkanı verdiyindən onlar digər şagirdlərlə müqayisədə dərslərə daha fərqli baxış bucağı ilə baxırlar. Bu isə onların qarşılarına çıxan problemləri daha rahat həll etmələri və davamlı alternativ axtarmaqları üçün kömək olur.
Özünə inamı artıracaq.
Kod yazaraq öz proqramlarını yaradan uşaqlar özlərini daha qürurlu və uğurlu hiss edirlər ki, bu da onlara məktəb həyatlarında özlərinə daha çox güvənmələrinə səbəb olur.