Blog

Dərs öyrənmək sıxıcı olmaq məcburiyyətində deyil

Övladınız üçün pulsuz faydalı məlumatlar:

Dərs öyrənmək sıxıcı olmaq məcburiyyətində deyil


"Div Academy" olaraq dərslərimizin hazırlanmasında nəzərə aldığımız ən əsas faktorlardan biri də, uşaqların dərs prosesindən zövq alması və əyləncəli vaxt keçirə bilməsidir. Aşağıdakı səbəblərə görə övladınız akademiyada sıxılmadan yüksək həvəslə özünü inkişaf etdirəcək.

İnteraktiv dərslər


Oyun əsaslı dərs sistemi ilə uşaqlar dərs oxumağı maraqlı və əyləncəli bir məşğuliyyət kimi görür. Akademiyamızda keçirilən oyun əsaslı dərslər sayəsində uşaqlar həm kod dünyasının ilkin anlayışlarını öyrənir, həm də vaxtlarını əyləncəli və maraqlı şəkildə keçirə bilirlər.

Uşaqlarla əlaqəli izahlar


Öyrədilən dərsləri uşaqlara onların həyatından və maraq dairələrindən nümunələr göstərərək izah etmək uşaqların daha diqqətli qulaq asmasına səbəb olur. Onlara sadəcə terminlər və düsturlar əzbərlətmək yerinə bunu onların dünyasındakı əyləncəli fiqurlarla əvəz etmək çox daha yaxşı nəticə verəcək.

Komanda ilə öyrənmək


Öz dostları və qrup yoldaşları ilə birlikdə dərs oxumaq həm tapşırıqları daha əyləncəli edir, həm də onların sosial bacarıqlarının inkişaf etməsinə imkan yaradır. Komanda şəklində işləmək uşaqların sosiallaşmasına kömək olduğu üçün onlar həm dostları ilə, həm də onlardan yaşca böyük insanlarla daha rahat əlaqə qura biləcəklər.

Hədəflər və mükafatlar


Uşaqların dərslərə daha rahat şəkildə diqqətini verə bilmələri və həvəsli olmaları üçün onların qarşısına müəyyən hədəflər qoyub, mükafatlar söz verə bilərsiniz. Bu uşaqların uğurlu olmaları və dərslərini öyrənməyə qarşı daha motivasiyalı olmaqlarına səbəb olacaq.

Tərəfdaşlar

Usaqlar ucun proqramlasdirma kursu
Usaqlar ucun proqramlasdirma kursu
Usaqlar ucun proqramlasdirma kursu
Usaqlar ucun proqramlasdirma kursu
Usaqlar ucun proqramlasdirma kursu
Usaqlar ucun proqramlasdirma kursu