
Valideynləri ən çox maraqlandıran suallardan biri də uşaqların neçə yaşda
proqramlaşdırma dərslərinə başlamalı olduqlarıdır. Bu yazıda sizin bu suallara cavab tapmağınıza kömək edəcəyik.
Araşdırmalar göstərir ki, uşaqların yeni və daha mürəkkəb şeylər öyrənməyə başlaması üçün ən yaxşı yaş 8-15 yaş aralığı hesab olunur. Bu yaşda uşaqlar ətrafındakı hər şeylə maraqlanır, öyrənmək üçün güclü istəyə və problem həll etmək üçün təbii qabiliyyətə malik olur. Bu yaşda onları proqramlaşdırma ilə tanış etmək onlara həyatlarının bir çox hissəsində tətbiq edə biləcəkləri tənqidi düşünmə, məntiqi anlayış və problem həll etmə kimi bacarıqlara yiyələnə bilərlər.
Erkən yaşda uşaqlara kod yazmağı öyrətmək üçün oyunlardan və interaktiv proqramlardan istifadə olunur. Bu da onların həm əyləncəli vaxt keçirməsinə, həm də bu vaxt ərzində faydalı məlumatlar əldə etməsinə imkan yaradır. Uşaqların həm dərslərdən sıxılmaması, həm də öyrənməyə olan həvəslərinin qırılmaması üçün bu cür interaktiv dərs sistemi çox önəmlidir.
Nəitcə olaraq övladınızı gənc yaşda
proqramlaşdırma ilə tanış etmək hətta gələcəkdə proqramçı olmasalar belə onların həyatın bir çox sahələrində tətbiq edə biləcəkləri tənqidi düşünmə, problem həll etmə bacarıqlarını inkişaf etdirməyə, həmçinin yaradıcılıqlarının və mövzulara baxış bucaqlarının genişlənməsinə də kömək edə bilər. Həmçinin, proqramlaşdırma ilə məşğul olan uşaqlar uşaqlar bu sahədə ilkin bacarıqlara yiyələnib, daha sonra isə sürətli şəkildə inkişaf edərək gələcəyin peşəkar mütəxəssisləri olmaq yolunda ilk addımlarına atırlar.
Uşağınızın önəmli bacarıqlara yiyələnərək yaşıdlarından seçilməsi və gələcəkdə onu yüksək yerlərə aparacaq biliklərə sahib olması üçün akademiyamız tərəfindən tədris olunan kurslar ən yaxşı seçimdir.