
Problem həll etmə bacarıqlarının inkişafı
Uşaqlarda problem həll etmə bacarıqlarının yüksək şəkildə inkişaf etməsi üçün onların proqramlaşdırma öyrənməsinə şərait yaratmaq ən ideal vasitədir. Tez-tez məsələ həll etmək, qarşılaşdıqları problemləri dəfələrlə yoxlayaraq düzgün cavabı tapmaq uşaqlarda bu bacarıqların formalaşmasında çox mühim rol oynayır.
Analitik düşünmə qabiliyyəti
Uşaqlar kod yazarkən qarşılarına çıxan mürəkkəb məsələləri xırda hissələrə bölür, onları ayrılıqda həll edir, daha sonra isə yenidən birləşdirirlər. Bütün bu proses onların problem həll etmə və tənqidi düşünmə bacarıqlarının yüksək səviyyədə inkişaf etməsinə səbəb olur ki, xüsusilə 8-15 yaşlı uşaqlar üçün bu bacarıqların inkişaf etməsi çox önəm daşıyır.
Yaradıcılıq
Kod yazmaq uşaqlara öz yaradıcılıqlarını sərbəst şəkildə ifadə etməyə imkan verir. İstər sadə kompüter oyunu, istərsə də daha mürəkkəb proqram olsun, proqramçılıq uşaqlara sıfırdan nəsə yaratmaq imkanı verir ki, bu da onların yaradıcılıqlarının inkişafına təkan verir.
Əyləncəli və keyfiyyətli vaxt
Dərslərdə uşaqların mövzunu daha rahat qavraması və sıxılmaması üçün interaktiv alətlərdən və oyunlardan istifadə olunur. Bu uşaqların daha motivasiyalı olmasına və dərslərə maraq göstərməsinə kömək olur.
Parlaq gələcək
Keçdiyimiz hər gün gündəlik həyatımızın daha böyük bir hissəsi texnologiyadan asılı hala gəlir. Belə bir mühitdə erkən yaşda kod öyrənmək uşaqlarınızı gələcəyin texnoloji dünyasına hazırlamaqla, onlara bu gələcəkdə parlamaq imkanı verəcək.
Sosial inkişaf
Proqramçılar üçün ən önəmli bacarıqlardan biri də komanda ilə işləyə bilmək və düzgün kommunikasiya qura bilməkdir. Bu səbəbdən də kod yazmaq uşaqların sosial və emosional inkişafı üçün vacib olan komanda işi və əməkdaşlıq bacarıqlarını da inkişaf etdirir.
Uğurlu karyera üçün ilk addım
Bu uşaqlarda texnologiya və kompüter elmlərinə marağı inkişaf etdirməyə kömək edir ki, bu da gələcəkdə uğurlu karyera imkanları yaradır.
Proqramlaşdırma bugünkü iş bazarında yüksək tələb olunan bir bacarıqdır. Uşaqları gənc yaşda kod yazmaqla tanış etmək onların gələcəkdə texnologiya sahəsində çox rahat uğur qazanmasına səbəb olacaq.